Xəzər Xəbər

Döyüş yoldaşlarını qorumaq üçün öz bədənini sipər edən qazi Elman Məcidov - VİDEO

Veb TV | 20:10 • 4 Dekabr 2020
Döyüş yoldaşlarını qorumaq üçün öz bədənini sipər edən qazi Elman Məcidov -

Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərimizdən biri də qalib ordunun qəhrəman zabiti Elman Məcidovdur.

Xezerxeber.az-ın məlumatına görə, leytenant Elman Məcidov döyüş yoldaşlarını qorumaq üçün öz bədənini sipər edib.

Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirən Elman və yoldaşları düşmənə sarsıdıcı zərbələr endirib.

Elmanın da yer aldığı dəstə Ərgünəş adlanan ərazidə düşməninin artilleriya hücumuna məruz qalıb. Bu zaman Elman döyüş yoldaşlarının əynində zirehli gödəkçənin olmadığını görüb və özünü onların üstünə atıb, bədəni ilə sipər olub. Həmin vaxt Elman bədəninin bir neçə hissəsindən qəlpə yarası alsa da, hospitala getməkdən imtina edib.

O, döyüş zamanı yalnız torpaqlarımızı işğaldan azad etmək, şəhidlərimizin qisasını almağı düşünüb.

İndi Elman tezliklə sağlamlığına tam qovuşmaq və yenidən cəbhə yoldaşlarının yanına qayıtmaq istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti