Xəzər Xəbər

İtaliya A seriyasında gecənin nəticələri VİDEOİCMAL

Veb TV | 10:25 • 30 Noyabr 2020
İtaliya A seriyasında gecənin nəticələri

İtaliya A seriyasında IX tur davam edir.


İkinci oyun günündə 5 görüş keçirilib.


Çempionatın lideri "Milan” növbəti qələbəsini qazanıb. "Fiorentina”nı məğlub edən "rossonyeri” izləyicilərindən uzaqlaşıb.


"Latsio” gözlənilmədən "Udineze” ilə ev görüşündə məğlub olub. "Bolonya” "Krotone”ni bir qolla üstələyib.


"Kalyari” və "Speziya” məhsuldar heç-heçəyə nail olub. Noyabrın 25-də vəfat edən Dieqo Maradonanın xatirəsini yad edərək xüsusi forma ilə meydana çıxan "Napoli” "Roma”nı darmadağınla üstələyib.


Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.


İtaliya A seriyası

IX tur

29 noyabr

"Latsio” – "Udineze” – 1:3

İmmobile, 74 (pen.) – Arslan, 18, Pussetto, 45+3, Forestiei, 73



"Milan” – "Fiorentina” – 2:0

Romanyoli, 17, Kessi, 47 (pen.)



"Bolonya” – "Krotone” – 1:0

Soriano, 45+2

"Kalyari” – "Speziya” – 2:2

Pedro, 52, Pavoletti, 58 – Qyasi, 36, Nzola, 90+4 (pen.)

"Napoli” – "Roma” – 4:0

İnsinye, 31, Fabian, 64, Mertens, 81, Politano, 87



Apasport.az


Ramil

Xəbər lenti