Xəzər Xəbər

Döyüşlər Şuşa yaxınlığında, Daşaltıda gedir Ermənistan Müdafiə Nazirliyi

Dünya | 15:40 • 30 Oktyabr 2020
Döyüşlər Şuşa yaxınlığında, Daşaltıda gedir

Döyüşlər Şuşa yaxınlığındakı Daşaltı kəndi yaxınlığında aparılır.


Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan bu barədə qondarma məlumat mərkəzinə istinadən məlumat verib.


Qeyd edək ki, Daşaltı qəsəbəsi Şuşadan cəmi 5,6 kilometr məsafədədir. Bir çox hərbi analitik bu yaşayış məntəqəsini "Şuşaya açılan qapı” adlandırır.


Xatırladaq ki, Dağlıq Qarabağdakı erməni hərbi elitasının lideri general Arkadi Karapetyan Azərbaycan Ordusunun Şuşaya yaxınlaşdıqlarını bildirmişdi. Qarabağ separatçılarının lideri Arayik Arutyunyan da Azərbaycan Ordusunun Şuşadan 5 kilometr məsafədə yerləşdiyini bildirmişdi./konkret.az

Xəbər lenti

Çox oxunanlar