Xəzər Xəbər

Taksi sürücülərindən maraqlı aksiya - VİDEO

Veb TV | 19:48 • 22 Oktyabr 2020
Taksi sürücülərindən maraqlı aksiya -

Bir vaxtlar Gəncə, Qazax, Tovuz, Şəmkir yazılan avtomobillərin üzərini bu dəfə işğal olunmuş və azad edilmiş rayonlarımızın adları bəzəyir.

Xezerxeber.az-ın məlumatına görə, taksi sürücüləri avtomobillərinin üzərinə "Şuşa- Laçın 15 manat", "Xocalı- Zəngilan 20 manat" yazıblar.

Bir ay ərzində 3 rayon və onlarla kəndin işğaldan azad edilməsi xəbərini eşidən və bununla qürurlandıqlarını deyən taksi sürücüləri öz sevinclərini bu cür ifadə etdiklərini deyirlər.

Taksi sürücüləri hər rayonun kilometrinə uyğun müəyyən məbləğ yazsalar da, yeri gəlsə həmin rayonlara pulsuz aparacaqlarını deyirlər.

30 ilə yaxındır ki, Qarabağa doğru səfər edə bilməyən sürücülərin tək diləyi digər rayonlarımızın da işğaldan azad olunması və bu bölgələrə səfərlərin təşkil edilməsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti