Xəzər Xəbər

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova

Dünya | 17:58 • 22 Oktyabr 2020
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir -

Moskva Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə əvvəlki kimi fəal vasitəçilik səyləri göstərir.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.


O bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsinin qarşısını almağa yönəlmiş səylər davam etdirilir:


"Dağlıq Qarabağ məsələsi oktyabrın 20-də və 21-də Xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan həmkarları ilə ayrı-ayrı görüşlərdə müzakirə olunub. Biz əvvəlki kimi ATƏT Minsk qrupu həmsədrliyi formatında işimizi davam etdiririk. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda olması planlaşdırılır”. (Trend)

Xəbər lenti