Xəzər Xəbər

Paşinyan üçün son başladı: Bu hiyləsi də baş tutmadı...

Dünya | 12:26 • 22 Oktyabr 2020
Paşinyan üçün son başladı:

Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində açıdığı canlı yayım zamanı Qarabağ məsələsinin hazırkı mərhələdə diplomatik yolla həll edilə bilməyəcəyini bildirib.


Daha sonra o, yerli idarəetmə orqanlarına müraciət edərək "özünümüdafiə dəstələri” formalaşdırmasını istəyib.


Məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov bildirib ki, N.Paşinyan çətin durumdadır və bu səbəbdən belə sərsəm açıqlamalar verir:


"Ermənistan elə zənn edir ki, onlar hər dəfə çətin vəziyyətə düşəndə kimsə onlara kömək etməlidir. Əslində bu vaxta qədər belə olub. Onlar öz havadarlarının köməyinə arxalanaraq, Azərbaycan torpaqlarını işğal edib, 30 ilə yaxındır işğalçılıq siyasəti aparırlar. N.Paşinyan yenə həmin havadarlara güvənərək belə açıqlamalar verir. Ermənistan Prezidenti Armen Sərkisyan da Avropa İttifaqı ilə görüşə gedib. Bu görüşün də məqsədi xaricdən dəstək almaqdır.


Azərbaycanlılar Dərbənddə təzyiqlərə məruz qalır - Tofiq Abbasov


Azərbaycan dövlətinin və güclü ordumuzun qarşısında çarəsiz qalan Ermənistan müxtəlif yollarla xarici havadarlara dəstək üçün yalvarır.  Amma bu dəfə nəticəsi olmayacaq. Azərbaycanın bu məsələdə iradəsi möhkəmdir.  Prezident İlham Əliyevin də dediyi kimi, heç kim bizim şərtimizin qarşısına şərt qoya, bizi haqq yolumuzdan döndərə bilməz”./ Redaktor.az

Xəbər lenti