Xəzər Xəbər

FIFA reytinqi: Millimiz iki pillə gerilədi

İdman | 11:55 • 22 Oktyabr 2020
FIFA reytinqi:

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.


Ötən siyahı ilə müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib.


Hazırda yığma 1175 xalla 114-cü sırada qərarlaşıb. Buna səbəb yığmanın Millətlər Liqasının III turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzması və Kiprlə qolsuz heç-heçə etməsidir.


Millinin rəqiblərindən Kipr seçməsi 1225 xalla bir pillə geriləyərək 99-cu ola bilib. Əvəzində 1247 xalı olan Lüksemburq 95-ci sıraya yüksəlib. Monteneqro isə (1369 xal) 1 addım irəliləyərək, 64-cü yerdə qərarlaşıb.


Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1773), Fransa (1744) və Braziliya (1712) qərarlaşıb. 1486 xalı olan Türkiyə millisi isə 3 pillə geriləyərək 33-cü sırada yer alıb.

Xəbər lenti