Xəzər Xəbər

DƏHŞƏTLİ QƏTL: Doğma uşaqlarını Dəclə çayına atdı VİDEO

Veb TV | 09:38 • 20 Oktyabr 2020
DƏHŞƏTLİ QƏTL: Doğma uşaqlarını Dəclə çayına atdı

Ərindən boşanan qadın körpünün üzərinə çıxaraq iki uşağını Dəclə çayına atıb.

"Haber Global” xəbər verir ki, dəhşətli hadisə İraqın paytaxtı Bağdadda yaşanıb.

Hadisə anı müşahidə kameraları ilə qeydə alınıb.

Baş verənlərdən sonra əraziyə gələn təhlükəsizlik qüvvələri 1 və 3 yaşındakı uşaqları xilas etmək üçün səfərbər olsalar da, bu səyləri nəticə verməyib, hər iki körpə boğulmuş şəkildə tapılıb.

Qadın saxlanılıb. O, üç ay əvvəl ərindən boşandığını və uşaqların himayəsinin atalarına verildiyini bildirib.

Qadın uşaqlarını həmişə çətinliklə gördüyünü deyib: "Atalarının mənim nələr hiss etdiyimi anlaması üçün uşaqlarımı çaya atdım”./publika.az

Xəbər lenti

Çox oxunanlar