Xəzər Xəbər

Bütün həyəti bayraqlarla bəzədilər - Bakıda - VİDEO

Veb TV | 19:34 • 19 Oktyabr 2020
Bütün həyəti bayraqlarla bəzədilər -

Bakıda yaşayış binalarından biri bayraqlarla bəzədilib.

Xezerxeber.az-ın məlumatına görə, bu ideya bina rəhbərliyi və sakinlərin birgə təşəbbüsü ilə həyata keçirilib.

Kiçikdən böyüyə hər kəsin dəstəyi ilə qısa zamanda binanın həyəti bayraqlarla daha gözəl bir hal alıb.

Bina sakinləri həm əsgərlərimizə mənəvi dəstək, həm də uşaqlara örnək olmaq üçün bu addımı atdıqlarını deyirlər.

Bütün gününü həyətdə oynayaraq keçirən uşaqlar isə hər gün bayraqları gördükdə çox sevindiklərini və daha da ruhlandıqlarını bildirirlər.

Bina sakinlərinin yeganə istəyi üçrəngli bayrağımızın bütün Qarabağda dalğalanmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti