Xəzər Xəbər

Koronavirusa yoluxanlarla sağalanlar arasında kəskin fərq yaranıb - VİDEO

Veb TV | 19:09 • 19 Oktyabr 2020
Koronavirusa yoluxanlarla sağalanlar arasında kəskin fərq yaranıb -

Son günlər koronavirusa yoluxanların sayının çox olması bizim üçün bir siqnal, xəbərdarlıq olmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, son statistikaya əsasən yoluxanlarla sağalanlar arasındakı fərq olduqca yüksəkdir: "Bu günlərdə hər birimiz ön cəbhədəki əsgərlərimizin sağlamlığını düşünərək xüsusilə diqqətli olmalıyıq. Eyni zamanda arxa cəbhədə olan insanlar sağlam olmalıdır ki, ön cəbhəyə faydalı ola bilək".

Xatırladaq ki, yoluxmada artım müşahidə edildiyindən bu gündən karantin qaydaları sərtləşdirilib. Təhsil müəssisələrində tətil elan olunub, metronun faliyyəti dayandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti