Xəzər Xəbər

Gəncə şəhəri erməni terroru ilə üz-üzə - VİDEO

Veb TV | 22:01 • 17 Oktyabr 2020
Gəncə şəhəri erməni terroru ilə üz-üzə -

Günahsız körpələr, əliyalın mülki əhali...

Söhbət Gəncə terrorundan sonra çəkilən görüntülərdən gedir.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələri yenə öz mənfur niyyətlərini həyata keçirdi. Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu dünən gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirdi.

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində ölənlərin sayı 14, yaralananların sayı isə 55 nəfər olub. Amma baş verən hadisələrə baxmayaraq, Gəncə sakinləri öz evlərini heç vaxt tərk etməyəcəklərini bildiriblər.

Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri dağıntılar altından xəsarət almış və ya həyatını itirmiş şəxslərin axtarışını davam etdirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti