Xəzər Xəbər

Xankəndi xəstəxanaları meyitlərlə dolub Yaralı erməni əsgərlər Yerevana daşınır

Hadisə | 12:49 • 30 Sentyabr 2020
Xankəndi xəstəxanaları meyitlərlə dolub

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə düşmən böyük itkilər verməkdədir. 


XəzərXəbər baku.ws-ə istinadən bildirir ki, artıq vəziyyət o həddə çatıb ki, Xankədidəki xəstəxanalarda yer tapılmır. 


Tibbi ləvazimatları və qan ehtiyatı azaldığı üçün ölkə üzrə hər kəs səfərbər olub. Ancaq Dağlıq Qarabağdakı xəstəxanalar yaralı erməni əsgərlərlə tam dolub. Xəstəxanaların dəhlizlərində belə yaralı və meyit əlindən tərpənmək olmur. Erməni hərbçilərinin meyitləri yük maşınları ilə hospitallara çatdırılır.  


Yerevana gətirilən yaralı əsgərlərin sayının durmadan artması itkilərin nə qədər böyük olduğundan xəbər verir. Erməni qadınlar isə xəstəxanalar qarşısında oturub ölən erməni əsgərlər üçün ağlayırlar.  


Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.



Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti