Xəzər Xəbər

Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar

Dünya | 10:20 • 23 Sentyabr 2020
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar

100 ildən artıq müddət sonra Ukraynanın Çernobıl zonasına ayılar qayıdıb, həmçinin canavar və vaşaq polulyasiyası əhəmiyyətli dərəcədə artıb.


Bu barədə BBC məlumat yayıb.


Çernobıl zonasının tədqiqatçısı Sergey Qaşakın sözlərinə görə, nəhəng yırtıcının bölgəyə qayıtması bu ərazidə insan fəaliyyətinin, kənd təsərrüfatının yoxluğu ilə bağlı ola bilər.


"Demək olar ki, bütün ərazidə ayılara rast gəlmək olar. Ancaq sayları hələ çox deyil. Onlar miqrasiya ediblər, çox güman ki, Belarus ərazisindən bura gəlirlər”, - deyə tədqiqatçı bildirib.


Çernobıl zonasında bu heyvanların dəqiq sayı müəyyən edilməyib.


"Ukraynanın başqa heç bir yerində canavarların belə yüksək konsentrasiyası yoxdur, çünki insanlar bu heyvanları izləyirlər. Burada canavar populyasiyasının artmasına yeganə əngəl elə onların özləridir”, - S.Qaşak qeyd edib.


Ovlarının səmərəliliyinin yüksək olmasına görə, bu heyvanlar yarıac şəkildə yaşayır. Alimlər qeyd edir ki, canavarların hətta alma yeməsinə dair sübutlar da var./Publika.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti