Xəzər Xəbər

Məktəblər yenidən bağlanır? Təhsil Nazirliyindən AÇIQLAMA

Gündəm | 10:39 • 22 Sentyabr 2020
Məktəblər yenidən bağlanır?

Xəbər verdiyimiz kimi dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Məktəblərdə yenidən tədris dayandırıla bilərmi?


Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bizim yaydığımız məlumat o demək deyil ki, məktəblər bağlanır: "Pandemiya dövründə yaşadığımız üçün məktəbdə də böyük də, kiçik də koronavirusa yoluxa bilər. Biz sadəcə ümumi məlumat yaymışıq. Bu, o demək deyil ki, məktəblər yenidən bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir”.

Xəbər lenti