Xəzər Xəbər

Bakıda dəhşətli hadisə Bir ailənin 5 üzvü...

Hadisə | 11:09 • 20 Sentyabr 2020
Bakıda dəhşətli hadisə

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.


Belə ki, 1985-ci il təvəllüdlü Məmmədov Elçin İmaməli oğlunun idarə etdiyi "Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb, zərbənin təsirindən daha sonra avtomobil bir neçə dəfə aşıb.


Hadisə zamanı xəsarət alanlar sürücü 35 yaşlı Məmmədov Elçin İmaməli oğlu, onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Vəfa Əvsər qızı və onların övladları, 7 yaşlı Məmmədova Fatimə Elçin qızı, 9 yaşlı Məmmədova Nargilə Elçin qızı, 2 yaşlı Məmmədov Eşqin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar təcili yardım briqadasının köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.


E.Məmmədovun dediyinə görə, hərəkətdə olarkən qarşısına digər avtomobil çıxıb, bu an o, idarəetməni itirərək qəza törədib.


Faktla bağlı araşdırma aparılır.(Report)


***



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu ərazisində "Mitsubishi” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.


XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb.


Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti