Xəzər Xəbər

Əhaliyə ŞAD XƏBƏR: Mağazalar açıldı, amma gigiyena şərtləri... - VİDEO

Veb TV | 20:17 • 10 Avqust 2020
Əhaliyə ŞAD XƏBƏR:

Sərt karantin rejimi tətbiq olanan ərazilərdə bugündən bəzi sahələrin fəaliyyətinə icazə verilib. Daha dəqiq desək iri ticarət mərkəzləri və mollardan başqa qeyri ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar da açılıb. Əlavə olaraq SMS icazələr ləğv olunub.


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi bu gündən qüvvəyə minib.


Belə ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və abşeron,bərdə, salyan, xaçmaz, goranboy, göygöl rayonlarının ərazisində bugündən etibarən bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.


Qapılarını müştərilərin üzünə açan obyektlər bir sıra qaydalara əməl etməli olduqlarını da unutmurlar


Sərt karantin rejiminin yumşaldılması çərçivəsində bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən məhdudiyyətlər, eləcə də sms icazələr də ləğv edilib


Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən bildirilir ki, hər nə qədər sərbəstlik verilsə də mövcud vəziyyət nəzərə alınaraq həm fəaliyyətə başlayan obyektlər, həm də müştərilər müəyyən tələb və qaydalara mütləq şəkildə əməl etməlidirlər:


Vətəndaşlardan, həmçinin obyekt sahiblərindən xahiş və tələb olunan isə odur ki, ara məsafəsi gözlənsin, gigiyenik qaydalara əməl olunması məqsədilə dezinfeksiyaedici məhlullardan, eyni zamanda hərarət ölçən cihazlardan istifadə edilsin.

Xəbər lenti