Xəzər Xəbər

İranda son sutkada koronavirusdan 189 nəfər vəfat etdi

Dünya | 16:24 • 10 Avqust 2020
İranda son sutkada koronavirusdan 189 nəfər vəfat etdi

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 189 nəfər vəfat edib.


Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb.


İranda son sutka ərzində koronavirusa 2 132  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 328 844 nəfərə çatıb.


İndiyədək xəstəlikdən 286 642 nəfər sağalıb.


Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 993 nəfərin vəziyyəti ağır və ya orta ağırdır./apa

Xəbər lenti