Xəzər Xəbər

Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alındı

Dünya | 13:54 • 10 Avqust 2020
Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alındı

Avstraliyada son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb.


Ölkənin Səhiyyə Nazirliyi 19 nəfərin öldüyünü bildirib.


Bu günədək Avstraliyada virusdan ölənlərin sayı 314 nəfərə çatıb.


Bundan başqa, son sutkada 323 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ölkə ərazisində yoluxanların sayı 21 407 nəfərə çatıb.


Qeyd edək ki, ən çox yoluxma və ölüm Viktoriya ştatında qeydə alınıb. Avstraliya hökuməti yoluxmanın qarşısını almaq məqsədilə bir sıra ştatlar arasında sərhədləri bağlayıb./trend

Xəbər lenti