Xəzər Xəbər

Cəlilabadda üzüm yığımı başlayıb VİDEO

Veb TV | 09:11 • 10 Avqust 2020
Cəlilabadda üzüm yığımı başlayıb

Cəlillabadda üzüm yığımına başlanıb. İlkin olaraq fermerlər süfrə üzümü sortunun yığımını həyata keçirir. Bu il satış mövcud şəraitə uyğun olaraq hələlik təkcə daxili bazarda təşkil edilib.

İstehsalçıların sözlərinə görə, bu mövsüm təsərrüfat ilinin əlverişli keçməsi bağlardabol məhsulun əldə olunmasına zəmin yaradıb. Cəlilabadda daha çoxAtika, viktoria, Prima sortlarıbecərilir.

Buna səbəb isə bu sortların yerli torpaq iqlimi üçün daha çox əlverilşli olmasıdır.Texniki sortlardan fəqli olraq süfrə üzüm sortlarının həm pərakəndə, həm də topdan satışı həyata keçirildiyi üçünfermerlər daha çox elə buüzüm sortlarının becərməkdə maraqlıdırlar.

Ötən ildən fəqli olraq bu il istehsalçılar məhsullarını daha çox yerli bazararda satmağa çalışırlar. Elə buna görə də sahələrdəki məhsulunun yığımı gündəlik təlabatdan asılı olaraq həyata keçirilir.

Növündən aslı olaraq bir kqüzümün qiyməti 1 manatla 50 qəpik arasında dəyişir. Havalar əlverişli keçərsə avqustun sonuna kimi məhsulu yığımı yekunlaşacaq. Qeyd edək ki, Cəlilabad rayonunda 1401 hektar üzüm sahəsi var, indiyə kimi sahələrdən 1178 ton məhsul əldə olunub.

Xəbər lenti