Xəzər Xəbər

Prezident seçkilərinin ilk rəsmi nəticələri açıqlandı Lukaşenko...

Dünya | 10:53 • 10 Avqust 2020
Prezident seçkilərinin ilk rəsmi nəticələri açıqlandı

Belarus Mərkəzi Seçki Komissiyası seçkilərin ilk rəsmi nəticələrini açıqlayıb.

Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko prezident seçkilərində 80,23% səs toplayıb.

"Lukaşenko 4 milyon 652 min nəfərin etimadını qazanıb”, - MSK-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, səsvermədə 5 milyon 790 min nəfər iştirak edib. Səsvermə hüququ olan vətəndaşların 84,23%-i prosesə qatılıb.

MSK rəhbəri Lidiya Yermoşinanın açıqlamasına görə, Lukaşenkoya ən yaxın namizəd Svetlana Tikxanovskaya 9,9% səs toplayıb.

Digər namizədlər 2% -dən az səs qazanıb.

Yermoşina nəticələrin dəyişməyəcəyinə inanır.


Xəbər lenti