Xəzər Xəbər

Çempionlar Liqası: Bu gün "Qarabağ" üçün potensial rəqib müəyyənləşəcək

İdman | 10:24 • 10 Avqust 2020
Çempionlar Liqası: Bu gün "Qarabağ" üçün potensial rəqib müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. 


XəzərXəbər-in məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da atılacaq püşk nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın da potensil rəqibləri bəlli olacaq. 


Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, II təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda da nisbətən münasib rəqiblə üz-üzə gələcək. Artıq UEFA komandaları qruplara bölərək, potensial rəqiblər siyahısını azaldıb:


Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar yolu


1-ci qrup

Səpələnmişlər: "Seltik" (Şotlandiya) - KR (Reykyavik, İslandiya) cütü, "Dinamo" (Zaqreb, Xorvatiya), "Yanq Boyz" (İsveçrə)


Səpələnməmişlər: "Floriana" (Malta) - ÇFR (Kluj, Rumıniya) cütü, "Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç) cütü, "Kİ (Klaksvik, Farer adaları) - "Slovan" (Bratislava, Slovakiya) cütü


2-ci qrup


Səpələnmişlər: "Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, "Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya) cütü, "Molde" (Norveç) - "KuPS" (Finlandiya) cütü


Səpələnməmişlər: "Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya) cütü, "Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva) cütü, "Ararat-Armenia" (Ermənistan) - "Omoniya" (Kipr) cütü


3-cü qrup


Səpələnmişlər: "Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) cütü, "Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) cütü, "Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya)


Səpələnməmişlər: "Midtüllann" (Danimarka), "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütü, "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) cütü, "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütü


Liqa yolu

Səpələnmişlər: "Beşiktaş" (Türkiyə), "Viktoriya" (Çexiya), "Rapid” (Vyana, Avstriya)

Səpələnməmişlər: PAOK (Yunanıstan), AZ (Niderland), "Lokomotiv" (Zaqreb, Xorvatiya)


Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. 

Xəbər lenti