Xəzər Xəbər

Koronavirus qurbanlarının sayı 722 mini ötdü - ÜST

Dünya | 10:09 • 10 Avqust 2020
Koronavirus qurbanlarının sayı 722 mini ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 273 mindən çox artıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.


Avqustun 9-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 273 552 nəfər koronavirusa yoluxub, 6 207 nəfər isə dünyasını dəyişib.


Yoluxanların ümumi sayı 19 462 112, ölənlərin isə 722 285 nəfərə çatıb.


Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti