Xəzər Xəbər

Əli Əsədov bu nazirliklə bağlı QƏRAR İMZALADI

Gündəm | 18:55 • 8 Avqust 2020
Əli Əsədov bu nazirliklə bağlı

"Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.


XəzərXəbər xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.


Qərara əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir


Kollegiyanın sədri


Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri


Kollegiyanın üzvləri:


Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.

Xəbər lenti