Xəzər Xəbər

Rayonlara gediş-gəliş bu qaydada olacaq VİDEO

Veb TV | 08:59 • 6 Avqust 2020
Rayonlara gediş-gəliş bu qaydada olacaq

Avqust ayının 31-dək paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi davam edir. Nəzərə alsaq ki, sms icazəvə icazə portalı ləğv edilib bəs bu müddət ərzində rayonlara gediş-gəliş necə tənzimələnəcək və kimlərin hərəkətinə icazə vəriləcək? Ətraflı növbəti süjetdən biləcəksiniz.

Xidməti vəsiqə ilə hərəkətinə icazə vərilən şəxslərin ezamiyyə sənədi olmadığı halda onlar rayonlara gedib-gələ bilməyəcək.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, xüsusi karantin elan edilən şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimələnəcək. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən ''icaze.e-gov.az'' portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun səlahiyyətli şəxsi ''icaze.e-gov.az'' portalında "İcazələr" bölməsinə daxil olmalı, açılan bölmədə "əməliyyatlar" sütunundan "ezamiyyə et" düyməsinə klik edərək müvafiq məlumatlar doldurmalı və təsdiq edilməlidir.

Əgər həmin şəxsin indiyədək sistemdə icazəsi olubsa, bu zaman "İcazələr" bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə "Yeni" düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır. Kamran Əliyev işlədiyi müəsissənin ezamiyyə sənədi ilə kanarntin elan olunan rayonlara gediş-gəliş məsələsinə də aydınlıq gətirdi.

Şöbə rəisi onu da bildirdi ki, karantin postlarından kənar yollarla keçənlərə qarşı isə əvvəlki kimi inzibati qaydada tədbirlər görüləcək. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək. Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur.

Xəbər lenti