Xəzər Xəbər

Şəkidə karantin rejimi yumuşaldıldı - Sakinlər buna çox sevinir - VİDEO

Veb TV | 09:11 • 5 Avqust 2020
Şəkidə karantin rejimi yumuşaldıldı -

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi tətbiq edilən rayon və şəhərlər siyahısında dəyişiklik edilir. Şəki bu siyahıdan çıxarılıb. Salyan isə siyahıya daxil edilib. Bəs necə oldu ki, rayonların siyahısında dəyişiklik oldu? Əməkdaşlarımız həmin rayonlardan hazırladığı sujeti təqdim edirik.

Karantin şərtlərinin yumşaldıldığı rayonlardan biri də Şəkidir.

Mart ayında Şəkidə ilk yoluxma halı müşahidə olunsada ,yoluxmaların sayı əllini keçdikdə rayon ərazisində sərtləşdirilmiş rejimin tətbiqinə başlandı.Dərhal Şəki rayon Operatv qərərgahı tərəfindən rayon icra hakimiyyəti,polis,bələdiyyələr,gənclər təşkilatları və konüllülərdən ibarət 90 dək mobil dəstəyaradılaraq xəstəliyə qarşı aktiv təbliğata başlanıldı .

Sərt karantin rejiminə nəzarət edən Şəki rayon polis şöbəsinin və daxili qoşunların əməkdaşlarının köməyi ilə karantin tələblərinin təbliğatıyla yanaşı qayda pozuntularına qarşıcəza tədbirləri həyata kecirilib.

Sərtləşdirilmiş karatin rejiminin yumuşaldılmasına sevinən şəki sakinləri xəstəlikdən qurtarmağın ən qısa yolunu karantin qaydalarına əməl etməkdə görürlər. Son həftə ərzində rayonda yoluxma halı müşahidə olunmayıb.

Ötən gün xüsusi karantin rejminin tətbiq olunduğu rayonlar sırasına Salyan rayonu da, əlavə olunub..5 avqust tarixindən eytibarən Salyan rayonunda da, giriş şıxışa məhdudiyyətlətr tətbiq olunacaq..Belə olan halda ortaya belə bir sual çıxır necə oldu ki, Salyan rayonunda ikinci dəfə gücləndirilmiş karantin rejimi tətbiq olundu..Rayon xəstəxanasının baş həkimi qeyd edir ki, salyan rayonunun paytaxt Bakıya yaxın olması və eləcədə Bakı-Astara magistral yolunun böyük bir hissəinin rayon ərazisindən keçməsi,yoluxma hallarının artmasına səbəb olub.

Bundan əlavə rayon sakinləri yoluxmanın artmasına səbəb kimi insanların karantin qaydalarına laqeyd yanaşması, sosial məsafənin qorunmaması eləcə də, qapalı məkanlarda qoruyucu maskalradan istifadə etməmələrini səbəb kimi göstəriblər..

Rayonda fəaliyyət göstərən iri ticarət mərkəzləri eləcə də, ictimai iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.

Xəbər lenti