Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları(PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşlarıkeçirib.
"Report” xəbər verir ki, bu barədə məlumat "Twitter”də yayılıb.
Nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylıhərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.