Xəzər Xəbər

Masallı sakinindən nümunəvi addım

Region | 18:14 • 9 İyul 2020
Masallı sakinindən nümunəvi addım

Ötən gün Masallı rayon Sığdaş kəndində kənd sakini Həsənov Xanverdi Əlifxan oğlu 2019-cu ilin iyul ayında dünyasını dəyişmiş qardaşı Nurulla Əliyevin il mərasimini mövcud koronavirus infeksiyasının yayılmaması səbəbi ilə və Nazirlər Kabinetinin tövsiyyələrinə uyğun olaraq keçirməyib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin məlumatında deyilir. 


X. Həsənov yas mərasimində veriləcək ehsanı xeyriyyə işinə çevirərək qardaşı N. Əliyevin dünyasını dəyişməsinin il mərasimi üçün ehsan olaraq 1 baş iri buynuzlu mal-qara kəsərək hər biri təxminən 2 kq olmaqla ümumilikdə 65 imkansız və aztəminatlı ailəyə paylayıb: "Xanverdi Həsənovun bu təşəbbüsü və davranışı hər kəs üçün mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq nümunəvi atılmış bir addımdır".

Xəbər lenti