Xəzər Xəbər

DİN vəzifəli şəxslərə qarşı əməliyyat keçirir - YENİLƏNİB

Cəmiyyət | 14:33 • 9 İyul 2020
 DİN vəzifəli şəxslərə qarşı əməliyyat keçirir  -

"Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.


V. Hüseynov bildirib ki, əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq.


13:37


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.


Əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir.


Saxlanılanların olduğu bildirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. Bildirilib ki, əməliyyat barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Əməliyyatla barədə ilk xəbəri "Qafqazinfo.az" saytı yayıb.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti