Xəzər Xəbər

Koronavirusa yoluxan tibb işçilərinin sayı artır - VİDEO

Veb TV | 09:35 • 9 İyul 2020
 Koronavirusa yoluxan tibb işçilərinin sayı artır  -

Koronavirus infeksiyasına yoluxan tibb işçilərinin sayı artır.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında 57 tibb işçisi koronavirusa yoluxub. Onlardan 24-ü Tədris - Terapevtik Klinikasının əməkdaşlarıdır.

Artıq sağalıb işinə qayıdanlar arasında həkim pulmonoloq Şərəf Hüseynova da var. O da digər həmkarları kimi xəstə yatdığı palatasında digər xəstələrin müalicəsi ilə məşğul olub. Özü də dörd aydır ailəsini və iki qızını görmür. Buna baxmayaraq hesab edir ki, koronavirusla mübarizədən qaçmaq olmaz.

Bu virusla mübarizədə xəstələri tək buraxmayan tibb işçilərinin həyatı heç nədən sığortalanmayıb.

Tədris - Terapevtik Klinikasının direktoru Surxay Musayev bu məsələdən narahat olduqlarını bildirir. O deyir ki, əslində koronavirusla mübarizə aparan tibb işçiləri sığortalanmalıdırlar.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların 24 faizə qədərini tibb işçiləri təşkil edir. Azərbaycanda da virusa yoluxan həkimlərin sayı artmaqda davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti