Xəzər Xəbər

"Liverpul" Tyaqonu transfer edir

İdman | 12:49 • 3 İyul 2020
"Liverpul" Tyaqonu transfer edir

"Liverpul" "Bayern"in yarımmüdafiəçisi Tyaqo Alkantaranı transfer etmək istəyir.


 


XəzərXəbər"Sport" nəşrinə istinadla xəbər verir ki, Münhen təmsilçisi bu keçid üçün "qırmızılar"dan 35 milyon avro tələb edir. Mənbənin məlumatına görə, klublar arasında danışıqlar uğurlu keçir.


 


Məlumata görə, mersisaydlılar 29 yaşlı yarımmüdafiəçi ilə şəxsi razılıq əldə edib. Klublar da anlaşsa, transfer rəsmiləşəcək.


 


İspaniyalı futbolçu Premyer Liqada oynamağa həvəsli olduğu üçün "Liverpul"a keçməyə müsbət yanaşır.


 


"Bayern" İspaniya millisinin üzvünü 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib. Tyaqo bu mövsüm 35 oyunda 3 qol vurub, 2 assist edib.

Xəbər lenti