Xəzər Xəbər

Diri-diri basdırılan şəxs torpağın altından çıxa bilib - TƏFƏRRÜAT

Dünya | 14:03 • 3 İyun 2020
Diri-diri basdırılan şəxs torpağın altından çıxa bilib -

Hindistanda cinayətkarların diri-diri torpağa basdırdığı Qondal şəhərinin sakini Kapil Marakana qəbirdən çıxaraq xilas ola bilib.


Xezerxeber.az "The Times of India” qəzetinə istinadla xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, sabiq sahibkar cinayətkar dəstəsi ilə birgə iflasa uğramasında günahkar bildiyi zərərçəkən şəxsi oğurlayaraq döyüb, sonra isə əllərini və ayaqların bağlayaraq torpağa basdırıb.


Kapil Marakana çabalaya-çabalaya torpağın altından çıxıb və yaxınlıqda yerləşən həbsxanaya gələrək hadisə barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində cinayətkar həbs olunub.

Xəbər lenti