Xəzər Xəbər

Poqba "Mançester Yunayted"dən ayrılmağa hazırdır

İdman | 16:01 • 1 İyun 2020
Poqba "Mançester Yunayted"dən ayrılmağa hazırdır

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba komandadan ayrılmağa hazırdır.

"Le10sport" xəbər verir ki, fransız futbolçu üçün əsasprioritet Madrid "Real"ına getməkdir. 27 yaşlı futbolçu PSJvə ya keçmiş komandası "Yuventus"a keçməyə müsbət yanaşır.

"Real"ın baş məşqçisi Zinəddin Zidan yarımmüdafiəçinin sərəncamında görmək istədiyi barədə iddialar yayılmışdı. "Yuventus"un isə maliyyə tələblərinə görə bu keçidi həll edəcəyi çətin görünür.

PSJ-nin isə bu transfer reallaşdıra biləcəyi istisna edilmir.

Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatacaq. O,bu mövsüm 8 oyunda 2 assist edib.

Xəbər lenti