Xəzər Xəbər

YENİ qaydalar: Bu sərnişinlər avtobusa buraxılmayacaqlar

Cəmiyyət | 13:57 • 1 İyun 2020
YENİ qaydalar:
Şəhərlərarası sərnişindaşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər.


XəzərXəbər xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalar TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri ilə ictimai nəqliyyatdan istifadə ilə bağlı metodiki göstərişlər əsasında hazırlanıb:

"Qaydalara əsasən, vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maskanın və əlcəklərdən istifadə zəruri olacaq. Bu qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib, eyni zamanda DANX əməkdaşları da həmin yerlərə ezam olunublar".

N.Allahyarova qeyd edib ki, bileti olsa da belə, sərnişin bu qaydalara əməl etməzsə, o, avtobusa buraxılmayacaq:

"İlkin vaxtlarda maskasız olan sərnişinlər avtovağzallarda maska əldə edə biləcəklər. Ancaq bu, ilkin günlər üçün nəzərdə tutulub".

Sektor müdiri əlavə edib ki, uzaq məsafə qət edən avtobuslar mütləq şəkildə müəyyən istrahət yerlərində saxladılaraq salonları dezinfeksiya olunacaq:

"Uzaq məsafə qət edən sürücülərin iş və istirahət vaxtına nəzarət olunacaq, bu, qanunvericilikdə də nəzərdə tutulub. Pandemiya dövründən qabaq bəzi sürücülər mənzil başına tez çatması üçün sərnişinlərlə razılığa gələrək nəqliyyat vasitəsini istirahət yerlərində saxlamadan, istirahət etmədən sürürdülər. Ancaq yeni qaydalara əsasən, buna tam olaraq tələb olunacaq. Belə ki, uzaq məsafə qət edəcək avtobuslar müəyyən istirahət yerlərində saxladılacaq. Daha sonra salonda olan şəxslər yerə endirilərək avtobusun daxilində dezinfeksiya işləri aparılacaq".


Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti