Xəzər Xəbər

Qəbul imtahanları ilə bağlı MÜHÜM YENİLİK

Gündəm | 12:52 • 1 İyun 2020
Qəbul imtahanları ilə bağlı

"Hər bir məzun təhsil aldığı məktəbin yerləşdiyi rayon, şəhərdə imtahan verəcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hər həftəsonu ən azı dörd növ imtahan keçiriləcək:

"15 minə yaxın nəzarətçi-müəllim bizimlə birgə çalışacaq. Hər zalda 15abituriyent otura biləcək”.

Sədr bildirib ki, ali məktəblərə və kolleclərə qəbul imtahanları elan edilməyib:

"İyun ayının 5-dək sənəd qəbulu davam edəcək. Hazırkı statistikaya əsasən, 75 692 nəfər sənəd verib. Onların 12 853-ü əvvəlki illərin məzunudur”.

Xəbər lenti