Xəzər Xəbər

6 aydır qəzalı binada yaşayırlar VİDEO

Veb TV | 20:37 • 27 May 2020
6 aydır qəzalı binada yaşayırlar

Nəsimi rayonunda 9 ailə 2 mərtəbəli qəzalı binada yaşayır.Bu binanın eyvanı uçub, istismar müddətiisə başa çatıb.Sakinlərin sözlərinə görə , bina tikinti şirkətlərinin biri tərəfindən alınıb. Lakinonlarahələ də kompensasiya verilməyib. Buna görə də,sakinlər qəzalı binada yaşamağa davam edirlər.

6 ay əvvəl eyvanı uçaraq qəzalı vəziyyətə düşən binada hələ də yaşayış var. Görüntülər Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ilə Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən köhnə 2 mərtəbəli yaşayış binasındadır. Sakinlər bildirirlər ki, bu binanın eyvanı uçduqdan sonra qəzalı vəziyyətə düşüb.Buna baxmayaraq, hələ də sakinlər orada yaşamağa davam edirlər.

Sakinlər qeyd edir ki, həmin bina köhnə olduğundan sökülərək yerində yenisinin tikilməsi üçün ''Gülüstan Residence'' adlı tikinti şirkətinə satılıb. Buna baxmayaraq indiyə qədər onlara heç bir ödəniş edilməyib və nə zaman köçürülmələri ilə bağlı məlumat da verilmir.

Məsələ ilə bağlı adıçəkilən şirkətlə əlaqə saxladıq. Lakin bildirildi ki, həmin ərazi onlara məxsus deyil.

Nəsimi rayon icra hakimiyyətindən isə bildirildi ki, həmin bina və ona yaxın bəzi yaşayış binaları 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətnin sərəncamı ilə MTK-lardan birinə verilib. Mərhələli şəkildə həmin ərazidə söküntü işləri aparılır. Bu işlər çərçivəsində sözügedən binanın da sakinləri köçürüləcək və bina söküləcək.

Xəbər lenti