Xəzər Xəbər

50 min tibb işçisi virusa yoluxdu Ölkə dəhşət içində

Dünya | 12:45 • 26 May 2020
50 min tibb işçisi virusa yoluxdu

İspaniyanın paytaxtə Madriddə etiraz aksiyaları baş qaldırıb.

Tibb işçiləri iş şərtlərini protest edib.

Paytaxt miqyasında axşam saatlarında qısa müddətliyinə işdən imtina edən səhiyyəçilər xəstəxanaların önündə mitinq keçirib.

Onlar problemlərinin yeni olmadığını, illərdir mübarizə apardıqlarını dilə gətirib, şərəfli müqavilə, daha çox sayda işçi qəbulu və səhiyyədə ictimai qurumların gücləndirilməsi tələblərini səsləndiriblər.

Etirazçılar aksiya zamanı koronavirusdan dünyasını dəyişənləri 2 dəqiqəlik sükutla yad edib, maska və əlcək taxıb, sosial məsafəyə diqqət göstəriblər.

Son rəqəmlərə görə, İspaniyada 26 min 834 nəfər koronavirusdan dünyasını dəyişib. 235 min 400 nəfər infeksiyaya yoluxub.

Koronavirusun yoluxduğu 50 mindən çox səhiyyə işçisindən 76-sı ölüb./publika.az

Xəbər lenti