Xəzər Xəbər

David Luis karyerasını hansı klubda bitirmək istədiyini açıqladı

İdman | 17:31 • 25 May 2020
David Luis karyerasını hansı klubda bitirmək istədiyini açıqladı

"Arsenal"ın müdafiəçisi David Luis karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb.

Braziliyalı futbolçu karyerasına"Benfika" klubunda nöqtə istədiyini deyib:

"Futbolda hər şey tez dəyişir. Bu gün gerçək olan, sabah yalan olur. Ancaq mənim hisslərim dəyişmir. "Benfika"nı sevirəm. Bu klubun nə demək olduğunu hiss edirəm. Xəyalım "Estadio da Luş"a qayıtmaqdır".

33 yaşlı futbolçu 2007-2011-ci illərdə Lissabon klubunda çıxış edib. O, "Benfika"da 130 oyunda 6 qol vurub, 9 assist edib. Luisin "Arsenal"la müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Xəbər lenti