Xəzər Xəbər

Məşhur futbolçudan koronavirusa inanmayanlara sərt tənqid: “Ölüm gələndə...”

İdman | 16:27 • 25 May 2020
Məşhur futbolçudan koronavirusa inanmayanlara sərt tənqid:

Rusiya millisinin və Moskva "Spartak”ının keçmiş hücumçusu Roman Pavlyuçenko koronavirusun mövcudluğunainanmayanları kəskin tənqid edib.

Bu barədə "Sport24” məlumat yayıb.

Oqeyd edib ki, skeptiklər yalnız ölüm onlarınyaxınlarına toxunduqda fərqli düşünməyə başlayırlar.

"Şənliklər, məclislər təşkil etmək lazım deyil. Bizdə hələ də kütləvi toplaşırlar, görüşürlər və gəzinti təşkil edirlər. Rus xalqı, sadəcə, ölüm gələndə başqa cür düşünməyə başlayır”, - deyəR.Pavlyuçenko bildirib.

Xəbər lenti