Xəzər Xəbər

Vətəndaşlara maddi dəstək təkcə 190 manat birdəfəlik ödəmə ilə məhdudlaşmır... - VİDEO

Veb TV | 20:14 • 8 May 2020
Vətəndaşlara maddi dəstək təkcə 190 manat birdəfəlik ödəmə ilə məhdudlaşmır... -

Dövlətin vətəndaşlara maddi dəstəyi təkcə 190 manat birdəfəlik ödəmə ilə məhdudlaşmır. Birdəfəlik ödəmə üçün imtina mesajları alan və işsiz olduqlarını deyən şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov deyib.

Maraqlısı odur ki, işsiz olduğunu deyən və nazirlikdən 190 manat birdəfəlik ödəmə tələb edən əksər şəxs işlə təmin olunmaq təkliflərindən imtina edib.

Fazil Talıbov deyib ki, təkcə son 3 gündə imtina mesajı ilə bağlı nazirliyə müraciət edən, işsiz və aztəminatlı olduqlarını və 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşa 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif edilib. Lakin onlardan cəmi 21 nəfəri bu işlərdə çalışmaq istədiyini bildirib.

Onun sözlərinə görə, bundan sonra da aktiv məşğulluq proqramları getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti