Xəzər Xəbər

Əsgərliklə bağlı ŞOK QƏRAR: bu şəxslərə çağırış göndərilməyəcək

Dünya | 14:13 • 8 May 2020
Əsgərliklə bağlı ŞOK QƏRAR:

Koronavirusa yoluxan vətəndaşlar əsgərliyə qəbul olunmayacaq.

Bu barədə ABŞ Milli Müdafiə Nazirliyi (Pentaqon) qərar qəbul edib.

ABŞ mətbuatına sızan təmimnamənin ilkin variantında koronavirus səbəbilə xəstəxanada müalicə alanların orduya qəbul edilməyəcinə dair maddə yer alıb.

Pentaqon yeni bir açıqlama ilə sızan mətnin doğru olduğunu, lakin yeniləndiyini bildirib. Açıqlamada COVİD-19 diaqnozu qoyulan, lakin xəstəxanada müalicə almasına ehtiyac qalmayan vətəndaşların 28 günlük izolyasiya müddətindən sonra hərbi çağırışa müraciətlərinin qəbul ediləcəyi qeyd olunub.

Xəstəxanada müalicə alanların isə COVİD-19 xəstəliyinin qalıcı təsirlərinin hələ ki, bilinməməsindən dolayı orduya qəbul edilmə prosesindən daimi ələnəcəyi vurğulanıb./publika.az

Xəbər lenti