Xəzər Xəbər

Koronavirusla bağlı dəhşətli gerçək ortaya çıxdı Britaniya virusun haradan gəldiyini tapdı

Dünya | 10:56 • 7 Aprel 2020
Koronavirusla bağlı dəhşətli gerçək ortaya çıxdı

Yeni tip koronavirus Çinin Uhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıb.

Bu iddianı Böyük Britaniyanın "The Sun” nəşri yayımlayıb.

Xəbərə görə, hökumət elmi təhqiqatlar və kəşfiyyat xidmətlərinin bu barədə əsaslı mövqe ortaya qoyduğu qənaətindədir.

Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi və koronavirusun araşdırılması üçün qurulan "Cobra” Fövqəladə Komitəsinin adı açıqlanmayan nümayəndəsi kəşfiyyat xidmətinin brifinqindəki nitqi zamanı artıq sızıntının mümkünlüyü qənaətinə gəldiklərini, virusun heyvanlardan keçməsinə dair səsləndirilən iddiaların isə artıq tarixə qovuşduğunu bildirib.

Qeyd edək ki, bu tip iddialar koronavirusun yayıldığı ilk zamanlardan bəri səsləndirilirdi. Virusun Huanan Dəniz Məhsulları Bazarının yaxınlığındakı Virusologiya İnstitutunun laboratoriyasından çıxdığı və bazardakı insanlara yoluxduğu iddiası irəli sürülmüşdü. Lakin Çin rəsmiləri sızıntı iddialarını qətiyyətlə təkzib etmiş, əsassız olduğunu dəfələrlə bildirmişdi.

Digər bir versiyaya görə, koronavirus bioloji silahdır və siyasi məqsədlər üçün istifadə edilir./publika.az

Xəbər lenti