Xəzər Xəbər

Azərbaycanda koronavirusun alovlanma mərhələsi gözlənilirmi? - VİDEO

Veb TV | 20:10 • 6 Aprel 2020
 Azərbaycanda koronavirusun alovlanma mərhələsi gözlənilirmi?  -

Azərbaycanda koronavirusa yoluxanlar orta hesabla stabil xəstələrdir. Vəziyyəti ağır olan 4 xəstə isə mexanik ventilyator cihazına bağlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in infeksiyon xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronaviruslu xəstələrin sayında ədədi artım yoxdur. Buna görə də xəstəliyin alovlanma mərhələsi ilə bağlı dəqiq vaxt demək çətindir.

O bildirib ki, hazırda görülən tədbirlərin məqsədi xəstəliyin əhatə dairəsini azaltmaq, eyni zamanda xəstələrin müalicəsi və həkimlərin qorunmasını həyata keçirməkdir.

Vasif Əliyev koronavirus testlərinin qənaətlə işlədildiyini də diqqətə çatdırıb.

O, əhalini xüsusi karantin rejimi qaydalarına səbr və məsuliyyətli yanaşmağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti