Xəzər Xəbər

Supermarketlərdə müştəri qıtlığı yaşanır - VİDEO

Veb TV | 20:47 • 5 Aprel 2020
Supermarketlərdə müştəri qıtlığı yaşanır -

Bakıda fəaliyyət göstərən supermarketlərdə bu gün müştəri qıtlığı yaşanıb.

Xezerxeber.az-ın məlumatına görə, koronavirusla mübarizə məqsədi ilə bu gündən etibarən vətəndaşlar yalnız zəruri hallarda evdən çıxa bilirlər və bu da SMS vasitəsilə mümkündür.

Çəkiliş apardığımız zamanı məlum oldu ki, xüsusi karantin rejminin tətbiqi marketlərdə də hiss edilib və müştəri sayı olduqca az olub.

Çəkiliş zamanı SMS göndərib zəruri ehtiyacını almaq üçün marketə gələn müştərilərə də rast gəldik.

Mağaza müdirləri isə deyib ki, anbarlarda kifayət qədər ərzaq var və müştərilər aldıqca boşalan vitrinlər yeniləri ilə doldurulur.

Qeyd edək ki,bu gundən etibarən vətəndaşlar 8103 nömrəsinə qısa mesaj göndərməklə evdən nə üçün çıxdıqları barədə rəsmi qaydada icazə alırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti