Xəzər Xəbər

Hansı taksilər karantin rejimi dövründə işləyə biləcək? - VİDEO

Veb TV | 18:33 • 5 Aprel 2020
Hansı taksilər karantin rejimi dövründə işləyə biləcək? -

Mart ayında taksi fəaliyyəti üçün icazə sənədi alan sürücülər karantin rejimi dövründə işləyə biləcək.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin tətbiqi ilə bağlı qərarına əsasən, yalnız müəyyən sənədləri vaxtında alan, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək.

Qeyd edək ki, qərar paytaxtdan başqa digər şəhər və rayonlar üçün nəzərdə tutulub.

Nuridə Allahyarova deyib ki, hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatların üzərində iş aparır.

Onu da bildirək ki, ölkə üzrə xüsusi karantin rejimi dövründə nə qədər taksi sürücüsünün fəaliyyət göstərə biləcəyi barədə yaxın günlərdə məlumat açıqlanacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti