Xəzər Xəbər

ŞAD XƏBƏR: neft kəskin bahalaşdı

İqtisadiyyat | 17:33 • 3 Aprel 2020
ŞAD XƏBƏR:

Dünya birjalarında neft qiymətlərində sürətli bahalaşma davam edir.

"Brent" markalı xam neftin bir barreli daha 3,37 dollar bahalaşaraq, 33,31 dollara qalxıb. Yüngül neft isə hazırda 27,02 dollaradır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə təcili toplaşmaqla bağlı çağırış etmişdi. Azərbaycan Energetika Nazirliyi isə OPEK+ ölkələrinin görüşünün 6 apreldə keçirilməsinin planlaşdırılmasına dair bəyanat yaymışdı.

Bu açıqlamaların ardınca neft qiymətlərində sıçrayış başlayıb.

Xəbər lenti