Xəzər Xəbər

Dünya Səhiyyə Təşkilatı: Tacikistan və Türkmənistanda koronavirus yoxdur

Dünya | 15:36 • 1 Aprel 2020
 Dünya Səhiyyə Təşkilatı: Tacikistan və Türkmənistanda koronavirus yoxdur
Dünya Səhiyyə Təşkilatının (DST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını təsdiqləyib və əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağırıb. 


AZƏRTAC Toçikiston telekanalına istinadla xəbər verir ki, DST nümayəndəsinin sözlərinə görə, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir. Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında COVID-19 qeydə alınmayan yeganə dövlətlərdir.

Perfilyova indiyə qədər respublikada 700-dən çox koronovirus testi həyata keçirildiyini və bütün nəticələrin mənfi olduğunu deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi DST-nin bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə materialları Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti