Xəzər Xəbər

Xüsusi karantin rejimini pozan 348 avtomobil saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib

Cəmiyyət | 11:20 • 1 Aprel 2020
 Xüsusi karantin rejimini pozan 348 avtomobil saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.

İdarədən xezerxeber.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-iü rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

19.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək 8579 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti