Xəzər Xəbər

Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar Dünyanın danışdığı görüntülər - VİDEO

Veb TV | 11:10 • 30 Mart 2020
Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar

Şri-Lankada müqəddəs hesab olunan bütpərəst məbədi koronavirusa qarşı mübarizə aparmaq məqsədilə dini inanclara əl atıb.

"Euronews” xəbər verir ki, məbədin nümayəndələri helikopterlərlə ölkə ərazisinə müqəddəs hesab etdikləri sudan səpiblər. Onlar hesab edirlər ki, bu inanc koronavirusun ölkə ərazisində yayılmasına mane olacaq. Bu görüntülər internet izləyiciləri tərəfindən gülüşlə qarşılanıb.

Qeyd edək ki, Hind okeanında yerləşən ada dövlətində 117 nəfər koronavirusa yoluxub. 1 nəfər həyatını itirib. 11 xəstə isə sağalıb.

Publika.az

Xəbər lenti