Xəzər Xəbər

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? RƏSMİ

Gündəm | 09:24 • 30 Mart 2020
Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək?

"Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib.

Nazirlik rəsmisi "Facebook” hesabında bildirib ki, hazırda həmin təkliflərə baxılır:

"Bu məsələlərə kompleks yanaşılacaq. Həm sahibkarların, həm də vətəndaşların məşğulluq məsələləri barədə təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Hazırda mətbuatda yazılan məlumatlar dezinformasiyadır, vətəndaşları çaşdırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Modern.az dərc edib. Məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.

Xəbər lenti