Xəzər Xəbər

Karantin rejimini pozan şəxslər həbs edilib

Cəmiyyət | 20:56 • 28 Mart 2020
 Karantin rejimini pozan şəxslər həbs edilib

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Belə mənfi halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin xezerxeber.az-a daxil olan birgə məlumatında bildirilir ki, daxil olan əməliyyat məlumatı keçirilən növbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər. Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən bir kilometr məsafədə özünə məxsus "Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib. E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydaları pozaraq Bakı şəhərinə gəldikləri üçün saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, K.Kərimov idarə etdiyi "Daewoo” markalı, E.İbrahimov isə idarə etdiyi "Mersedes” markalı nəqliyyat vasitələri ilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunsuz keçməklə karantin rejimi qaydalarını pozublar.

Əsgər Şalıyev və Elşən Səfərəliyev barələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elxan İbrahimov və Kərim Kərimov isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs ediliblər.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti